Bruno Alveşin yeni klubu

5 Sentyabr 2021 20:46

Portuqaliya millisinin sabiq üzvünün Bruno Alveşin yeni klubu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi "Apollon Smirnis"inə transfer olunub. Bu barədə Yunanıstan Superliqasının təmsilçisinin saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Alveşin son klubu "Famalikan" olub. O, bu yay müqavilə imzaladığı sözügedən klubdan iki həftə sonra ayrılmışdı.

Milli.Az