ABŞ-da naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb

5 Sentyabr 2021 09:16

Vaşinqtonda naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə dünən axşam saatlarında ABŞ paytaxtının şimal-qərbində baş verib.

Naməlum şəxslər avtomobildən yaxınlıqdakı insanlara atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.

Cinayətkarları tapmaqda kömək edəcək şəxslərə 75 min dollar mükafat ayrılıb.

Milli.Az