Gəncə terrorunda valideynlərini itirən Sevil də tələbə adını qazandı

5 Sentyabr 2021 09:04

Vətən Müharibəsində Ermənistan ordusu tərəfindən Gəncəyə atılan raket nəticəsində valideynlərini itirən uşaqlardan biri Sevil Əliyeva tələbə adını qazanıb.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, o, Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub.

Qeyd edək ki, Sevil Əliyeva valideynlərini 11 oktyabr 2020-ci il tarixində itirmişdi. 

Milli.Az