Ermənistanda COVID-19-dan ölənlərin sayı 4900-ü ötüb

4 Sentyabr 2021 17:18

Ötən sutka ərzində Ermənistanda 621 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki,bununla ölkədə COVID-19-a yoluxanların sayı 244 602 nəfərə çatıb.

Son sutkada koronavirusdan daha 12 nəfər ölüb. Ermənistanda koronavirusdan ölənlərin sayı 4 904 nəfərə yüksəlib.

Milli.Az