“Taliban” Pəncşirin daha 2 bölgəsini ələ keçirib

4 Sentyabr 2021 16:12

Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" döyüşçüləri Pəncşir vilayətinin daha 2 bölgəni nəzarətə götürdüklərini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki,bu barədə qruplaşmanın nümayəndələri məlumat yayıb.

Qeyd olunub ki, Pəncşir vilayətinin Hinc və Ənnaba bölgələri "Taliban"ın nəzarətinə keçib. Ələ keçirilən Hinc bölgəsi strateji əhəmiyyətli ərazi hesab olunur.

Milli.Az