Baydenin nəvəsi türk toyunda

4 Sentyabr 2021 16:18

ABŞ Prezidenti Co Baydenin nəvəsi Naomi Bayden türkiyəli investisiya mütəxəssisi və sənətçi Tulya Efenin İtaliyada keçirilən toyuna qatılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Efe və Livan əsilli isveçrəli iş adamı Tarek Şakarçinin Komo gölü sahilindəki nağıl toyu Avropa və ABŞ-dan olan iş dünyasını bir araya gətirib.

Gizli Xidmətin agent keşikçiləri hər addımda Naomi Bayden və sevgilisini müşayiət edirdilər.

Milli.Az