Rusiyada COVID-19-dan ölənlərin sayı 186 mini ötüb

4 Sentyabr 2021 16:24

Rusiyada son sutka ərzində daha 18 780 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki,ölkədə COVID-19-a yoluxanların sayı 6 993 954 nəfərə çatıb.

Ötən gün Rusiyada 796 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 186 407 nəfərə çatıb.

Milli.Az