Əməkdar artist AzTV-də aparıcılıq edir

4 Sentyabr 2021 13:48

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir.

Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır.

Qeyd edək ki, Xədicə Sənanqızı ötən mövsüm proqramı tək aparırdı.

Milli.Az