Türkiyədə yük qatarı mikroavtobusa çırpılıb, 6 nəfər ölüb - VİDEO

4 Sentyabr 2021 13:12

Türkiyənin şimal-qərbindəki Tekirdağ vilayətində yük qatarı işçiləri aparan mikroavtobusla toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub. Daha 7 nəfərin xəsarət aldığı bildirilib.

Hadisə Tekirdağın Ergene bölgəsində qeydə alınıb. Qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az