Yasamalda 39 yaşlı kişi döyüldü

4 Sentyabr 2021 09:00

Bakıda döyülmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Orucov Taleh Zakir oğlu tanımadığı şəxs tərəfindən döyülüb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sifətin əzilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az