Rusiyada ağır yol qəzası: bir uşaq ölüb, 4 nəfər yaralanıb

4 Sentyabr 2021 08:48

Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhəri yaxınlığında ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "KİA" və "Subaru" avtomobillərinin toqquşması nəticəsində 2004 -cü il təvəllüdlü bir uşaq ölüb, dörd nəfər yaralanıb.

Hadisə Uqteevo və Minzitarovo qəsəbələri arasındakı qəsəbələrarası yolda qeydə alınıb.

Yaralılar Ufadakı xəstəxanaya yerləşdirilib.

Milli.Az