19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə ilk oyununu keçirib.
Serbiya millisi ilə oyun rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Süleyman Damadayev fərqlənib.
U-19 turnirdə növbəti oyununu sentyabrın 5-də macarıstanlı yaşıdlarına qarşı keçirəcək.
Milli.Az