Türkiyə yığmamıza 4 qol vurdu

4 Sentyabr 2021 08:43

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

"Dalğa Arena"da Türkiyə millisi ilə qarşılaşan yığmamız 1:4 hesabı ilə məğlub olub.

U-17-nin qolunu İbrahim İbrahimli vurub.

Sentyabrın 6-da bu komandalar arasında növbəti oyun keçiriləcək.
Milli.Az