“Maşa və Ayı”nın Azərbaycan buraxılışının silinməsi ilə bağlı açıqlama

3 Sentyabr 2021 23:34

"Maşa və ayı" cizgi filminin istehsalçı şirkəti "Animakkord"un direktoru Dmitri Loveyko Azərbaycan nağılının personajı haqqında olan "Balaca Cırtdan" epizodunun "YouTube" kanalından silinməsi ilə bağlı açıqlama verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, news.ru-ya danışan Loveykonun sözlərinə görə, müəlliflər titrlarda səhvə yol verib, düzəliş edildikdən sonra həmin seriya yenidən "YouTube"a qaytarılacaq:

"Biz başlıqları dəyişirik. Heç bir problem yoxdur. 3 Azərbaycan nağılını hazırlamışıq, bitəndə nümayiş olunacaq. Burada hər hansı siyasi məqsəd yoxdur".

Milli.Az