Reuters: “Taliban" Əfqanıstan üzərində tam nəzarət qurduğunu elan edib

3 Sentyabr 2021 22:49

"Taliban" Pəncşir vilayəti də daxil olmaqla, Əfqanıstanın bütün ərazisinə tam nəzarət edəcəyini iddia edir".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə cümə günü Reuters agentliyi təşkilatdakı mənbələrə istinadən məlumat yayıb.

Lakin bölgədəki mənbə TASS -a bildirib ki, "Taliban"a tabe olmayan Panjshir əyalətindəki milli müqavimət qüvvələri yayılan məlumatları təkzib edib.

Milli.Az