Bakıda bu yollarda sürət həddi endirildi

3 Sentyabr 2021 21:40

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava limanı və Heydər Əliyev prosrekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürət həddinin endirilməsində məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik".

Milli.Az