Arvadının burnunu dişlədiyi üçün həbs olunan kriminal avtoritet intihar etdi

3 Sentyabr 2021 20:24

Rusiyanın Sverdlovsk əyalətində 29 yaşlı kriminal avtoritet polis şöbəsində intihar edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki,kriminal aləmdə "Şarfik" ləqəbi ilə tanınan şəxs qısqanclıq zəminində arvadı ilə mübahisə zamanı onun burnunu dişləyib. Bundan sonra isə polis tərəfindən saxlanılıb.

O, qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə ittiham olunub. Kriminal avtoritet saxlanıldığı kamerada intihar edib.

Milli.Az