Bu ölkədə peyvənd olunmayan işçilər həftədə bir dəfə test verməli olacaq

3 Sentyabr 2021 18:00

Türkiyədə koronavirusa qarşı peyvənd olunmayan işçilər həftədə bir dəfə PCR testi verməli olacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "NTV" yayıb. Bildirilir ki, ölkənin Əmək və Sosial Təhlükəsizlik Nazirliyi bu məsələ ilə bağlı 81 vilayətə bildiriş göndərib.

Məlumata görə, sentyabrın 6-dan etibarən iş yeri və yaxud işəgötürən şəxslər koronavirusa qarşı peyvənd olunmayan işçilərdən məcburi olaraq həftədə bir dəfə PCR testin verilməsini tələb edəcəklər.

Milli.Az