Xərçəngə yoluxan məşhur aktyorun səhhəti necədir?

3 Sentyabr 2021 19:48

"Arka sokaklar" seriyalında rol alan aktyor Boğaç Aksoy bir müddətdir limfa xərçəngi ilə mübarizə aparır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 31 yaşlı aktyor anası ilə olan fotosunu İnstaqram hesabında paylaşaraq səhhətinin yaxşılaşdığını yazıb:

"Məni sağaltdın, ana. Sən olmasan bacarmazdım. Çətin günlərin geridə qalmasına az qalıb".

Milli.Az