Peyvəndlə bağlı paylaşımlarına görə konserti ləğv edildi

3 Sentyabr 2021 19:36

Türkiyəli müğənni Yıldız Tilbe koronovirusla bağlı sonuncu paylaşımlarından sonra problemlər yaşayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı vaksin vurdurmağı və PCR test verməyi rədd etdiyini bildirib.

Bu səbəbdən Tilbenin Kiprdə keçirilməsi planlaşdırılan konserti ləğv olunub.

Milli.Az