Rusiyada DƏHŞƏT: 40-dan çox məktəbli...

4 Sentyabr 2021 19:48

Rusiyada uşaqların kütləvi şəkildə zəhərlənməsindən sonra cinayət işi açılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın Nijni Novqorod şəhərindəki 13 saylı gimnaziyada 40-dan çox məktəbli zəhərlənib. Onlardan 24 nəfəri həkimə müraciət edib, 3 uşaq xəstəxanaya yerləşdirilib.

Məktəblilərdə kəskin bağırsaq infeksiyasının əlamətləri aşkar edilib.

Gimnaziyadan bildiriblər ki, təhsil müəssisəsində dərs ilinin əvvəlindən yeməkxana və bufet işləmədiyindən, uşaqların qidadan zəhərlənməsi istisna edilir.

Milli.Az