Bakıda neft quyularından 600 min dollarlıq oğurluq edildi

3 Sentyabr 2021 14:45

Bakıda neft quyularından külli məbləğdə dəyəri olan mühərrik və generatorun hissələrini oğurlayan 3 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 dollar dəyərində mühərrik və generatorun hissələri oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.

Milli.Az