Rüstəm Muradov Xankəndində saxlanan əsgərimizlə görüşdü

3 Sentyabr 2021 14:15

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov Xankəndində əsirlikdə saxlanan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğluna baş çəkib.

Milli.Az bildirir ki, Cəmil Babayev Gəncədəki hərbi hospitalda müalicə olunurdu. O, avqustun 25-də Ağdərəyə, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətdə saxladıqları əraziyə keçmişdi.

Xankəndindəki terrorçu rejim isə Cəmil Babayevi "diversant" adlandıraraq həbs edib və hələ də həbsdə saxlayır.

Milli.Az