Gürcüstanda koronavirusa 3 034 yeni yoluxma qeydə alınıb, 86 nəfər ölüb

3 Sentyabr 2021 15:59

Gürcüstanda ötən sutkada koronavirusa 3 034 yeni yoluxma faktı təsdiqlənib, 3 952 nəfər müalicə olunaraq sağalıb, 86 pasiyent vəfat edib.

Milli.Az report-a istinadən bildirir ki,bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə indiyədək 559 943 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onların 506 486-sı sağalıb, 7 649-u isə dünyasını dəyişib.

Milli.Az