Virusdan vəfat edən müğənni görün hansı məşhurumuzun atasıdır - FOTO

3 Sentyabr 2021 09:34

İki gün əvvəl Azərbaycan mədəniyyəti daha bir itki ilə üzləşdi. 

Milli.Az xəbər verir ki, koronavirusdan vəfat edən xanəndə Tahir Nəbiyevin övladının kimliyi təəccübləndirib. Məlum olub ki, Tahir Nəbiyev məşhur gənc xanəndə Kamilə Nəbiyevanın atasıdır.

Atasının ölüm xəbərindən sarsılan Kamilə üzləşdiyi itkiyə görə üsyan edib:

"Nur üzlüm, arxam-dayağım, yaşamaq eşqim, niyə belə etdin? Axı niyə, ay ata, sənə qurban olum, sənətkar atam, gözəl qəlbli atam, yandırdın ürəyim. Gedişin çox tez oldu, ata, çox tez. Allah sənə qəni-qəni rəhmət eləsin! Fani dünya, zalım dünya, dağıl, ay dünya!".

Məhəmməd Vaqif
Milli.Az