Türkiyədə zəlzələ oldu

3 Sentyabr 2021 09:30

Türkiyənin Muğla əyalətində zəlzələ baş verib.

Milli.Az report-a istinadən bildirir ki bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:12-də Datça rayonunda 4,2 bal gücündə qeydə alınıb.

Zəlzələ ocağı yerin 46,5 kilometr dərinliyində yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Milli.Az