“Pfizer” COVID həblərinin sınaqlarına başlayır

3 Sentyabr 2021 11:54

"Pfizer" əczaçılıq şirkəti COVID-19-a qarşı həblərin koronavirusa yoluxmuş xəstələr üzərində sınaqlarına başlayır.

Şirkətdən verilən məlumata görə, bu, dərman vasitəsi sınaqlarının son mərhələsi olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, testlər 1140 nəfər yetkinlik yaşına çatmış və xəstəxanaya yatırılmasına ehtiyac olmayan koronaviruslu şəxslər üzərində keçiriləcək.

PF-07321332 indeksli həbləri COVID-in ilk əlamətləri müşahidə olunan zaman qəbul etmək lazımdır. Dərman koronavirusun çoxalaraq orqanizmdə yayılmasının qarşısını alır. Onun ilin sonunadək satışa çıxarılması gözlənilir.

Milli.Az