Batma təhlükəsi olan 4 nəfər xilas edilib

2 Sentyabr 2021 22:51

Bu gün "Mərdəkan", "Lökbatan" və "Bilgəh" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata görə, həmin şəxslər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.

Milli.Az