“Qalatasaray”ın keçmiş prezidenti reanimasiyaya yerləşdirildi

2 Sentyabr 2021 17:16

Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Mustafa Çengiz xəstəxanaya yerləşdirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, uzun müddətdir müalicə olunan 72 yaşlı sabiq klub rəhbərinin durumu ağırlaşıb.

"Maslak Acıbadem Hastanesi"də reanimasiyaya yerləşdirilən Çengizin durumuna yaxın 72 saatda aydınlıq gələcək. Onun sağlamlığı üçün bu üç sutka çox önəmlidir.

Milli.Az