Azərbaycan XİN İrana başsağlığı verdi

2 Sentyabr 2021 16:10

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə XİN-in "tvitter" səhifəsində qeyd edilib.

Paylaşımda bildirilib: "İranın Kürdüstan bölgəsində baş vermiş avtobus qəzası xəbərindən kədərləndik. Ölənlərin ailələrinə başsağlığı, yaralılara tezliklə sağalmalarını diləyirik".

Milli.Az