Portuqaliyalı iş adamı Pedro de Noronha keçmiş sevgilisi, model Tülin Şahin arasındakı məhkəmə bitmək bilmir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 2019-cu ildə Siena Leyla qızları dünyaya gələn cütlük bir müddət sonra ayrılıb. Noronha uşağını ona göstərməyən modeli məhkəməyə verib.
Şahin Noronhanın həm ona, həm də qızına şiddət göstərdiyini iddia edərək, əvvəlcə 1, daha sonra 2 ay uzaqlaşdırma qərarı alıb.
Ərizəsində Noronhanın 3 milyon avro borcu olduğunu bildirən Tülin onun qızlarını qaçırdıb, ondan pul istəyəcəyini deyib. Pedro bu iddiaların yalan olduğunu bildirərək, etiraz edib. Şahin məhkəməyə sübutlar təqdim edə bilmədiyi üçün hakim qərarı ləğv edib.
Pedro bundan sonra qızını görə biləcək.
Milli.Az