Tankçılarımız “Tank biatlonu” müsabiqəsində finala yüksəlib

2 Sentyabr 2021 13:35

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Tank biatlonu" müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.

Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.

Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

Milli.Az