Rusiyada daha 18 985 nəfər COVID-19-a yoluxub, 798 nəfər ölüb

2 Sentyabr 2021 19:54

Rusiyada son sutka ərzində daha 18 985 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 956 318 nəfərə çatıb.

Son sutka ərzində 798 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 184 812 nəfərə çatıb.

Milli.Az