Mərkəzi Bankın valyuta ehtiyatları 8 faizdən çox artıb

2 Sentyabr 2021 15:24

2021-ci il sentyabrın 1-ə olan vəziyyətə görə, Mərkəzi Bankın valyuta ehtiyatları 7,043 milyard dollar təşkil edib.

Milli.Az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artıb.

Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 8,4 faiz və ya 546,1 milyon dollar artıb.

Milli.Az