Prezident İlham Əliyev qızıl medal qazanan idmançımızı təbrik edib

2 Sentyabr 2021 10:10

Prezident İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Vəli İsrafilovu təbrik edib.

Milli.Az bildirir ki, dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Qızıl medalçımız Vəli İsrafilovu inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!"

Milli.Az