Liviyada yeni Qəddafi dönəmi: Mərhum liderin oğlu prezident olmaq istəyir

2 Sentyabr 2021 12:24

Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi dekabrın 24-də keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Seyfulislamın özü bu barədə yayılan məlumatları təsdiqləyib.
O, bununla əlaqədar yaxın günlərdə geniş açıqlama verəcəyini deyib.

Milli.Az