75 yaşlı müğənni görünüşü ilə HEYRAN ETDİ - FOTO

2 Sentyabr 2021 11:36

Türkiyənin pop ulduzu Ajda Pekkan son görünüşü ilə yenə illərə meydan oxuyub. 

Milli.Az xəbər verir ki, İstanbul konsertindən "Instagram"da paylaşdığı görüntülər izləyicilərini yenə çaş-baş salıb. 

75 yaşlı müğənninin xarici görünüşü onun yenidən plastik əməliyyat etdirməsi fikirlərini ortalığa atıb. Bəzi izləyicilər isə müğənninin konsertdən görüntülərinin "Photoshop" olduğunu yazıblar. 

Fiziki görünüşünə görə yaşından çox-çox cavan görünən Pekkanın bundan əvvəlki paylaşımlarına da reaksiyalar eyni olub.

Milli.Az