Slovakiyada prezidentin istefası tələb olunur

2 Sentyabr 2021 13:00

Slovakiyanın paytaxtı Bratislavada hakimiyyətə qarşı etiraz aksiyasl keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, yüzlərlə nümayişçi şəhərin mərkəzində nəqliyyatın qarşısını almağa çalışıb. Etirazçılar prezidentin və hökumətin istefasını tələb edirlər.

Polis aqressiv etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, bir neçə nəfəri saxlayıb.

Milli.Az