Bakıda intiharın qarşısı alınıb - VİDEO - FOTO

2 Sentyabr 2021 08:04

Bakının Nəsimi rayonunda intihara cəhd edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, Nizami Məhərrəmov özünü beşinci mərtəbənin eyvanından yerə atmaq istəyib. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. N.Məhərrəmovla psixoloji söhbətlər aparılıb. XRXX-nin əməkdaşları həmin şəxsin intihar etməsinin qarşısınl alaraq Təcili Tibbi Yardım Xidmətinin əməkdaşlarına təhvil verib.

Milli.Az