İranın yeni prezidentindən qonşu dövlətlərlə bağlı - Açıqlama

2 Sentyabr 2021 08:08

"Mənim hökumətim dönəmində qonşulara üstünlük verən xarici siyasət xəttinə üstünlük verəcəyik".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu İranın yeni Prezidenti İbrahim Rəisi Tehranda Nazirlər Kabinetinin iclasında bildirib.

"Ən aktiv hökumət diplomatiyası qonşularımızla aparılmalıdır. Qonşularımızla əlaqələrimizi möhkəmləndirəcəyik. Onlarla ticari və iqtisadi əməkdaşlığı artırmaq üçün bütün səyləri göstərməliyik.

Çünki bu əlaqələri gücləndirmək və İranın regional ticarətdəki payını artırmaq üçün yaxşı imkanlar mövcuddur", - o qeyd edib.

Milli.Az