Xəzərdə iki nəfər xilas edilib

2 Sentyabr 2021 08:23

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Mərdəkan" və "Bilgəh" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Milli.Az