“Erkən qol vurmağımızın səbəbi vardı” - Lük Holts

2 Sentyabr 2021 08:03

"İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da səbəbi vardı". 

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyundan sonra keçirilən mətbuat konfransında Lüksemburq milli komandasının baş məşqçisi Lük Holts deyib.

O, 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasından razı qaldığını açıqlayıb: "İkinci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik. Elə də oldu. Cərimə zərbəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaltdı. Xüsusən, oyunun sonları bizi üçün asan keçmədi. Üç oyundan 6 xal toplamışıq. Təbii ki, bu nəticə məni olduqca qane edir".

Milli.Az