Ronaldo dünya rekordçusu oldu

2 Sentyabr 2021 07:45

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 36 yaşlı futbolçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.

O, bunu DÇ-2022-nin İrlandiya ilə bugünkü matçında rəsmiləşdirib. Hazırda davam edən qarşılaşmadakı qol Ronaldonun Portuqaliya millisində 110-cu topu olub.

Kriştiano bununla da İran yığmasının əfsanəsi Əli Daeini arxada qoyub. Asiyalı bombardir millidə 109 dəfə fərqlənib.

Milli.Az