Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

1 Sentyabr 2021 23:10

Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, meyitlər Cəbrayıl rayonunda aşkarlanıb. 

Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1654-ə çatıb.

Milli.Az