Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm və yoluxma rekord həddə çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən bu gün koronavirusdan 290 nəfər ölüb, COVID-19 infeksiyası ilə əlaqədar 302 869 nəfər test edilib, onların 23 946-nın koronavirus testi pozitiv nəticə verib, 15 164 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 94 837 884 peyvənd tətbiq edilib ki, bu da birinci mərhələnin 78,24 faizini təşkil edir.
Milli.Az