BDU-nun 300 min manat borca görə Rəfael Cəbrayılovu məhkəməyə verən müəllimi vəfat edib

1 Sentyabr 2021 21:18

BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Xatirə Nəcəfova vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə universitetin rəsmi "facebook" səhifəsində bildirilib.

Qeyd edək ki, dünyasını dəyişən X.Nəcəfova 300 min manat borca görə keçmiş deputat Rəfael Cəbrayılovu məhkəməyə vermişdi.

Milli.Az