Qazaxıstanda rus dilinin istifadəsi ilə bağlı qalmaqal davam edir.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, məsələyə prezident Kasım-Jomart Tokayev də reaksiya verib.
"Rus dilindən istifadəyə qanunvericiliklə maneçilik törətmək olmaz", - deyə o söyləyib.
Son vaxtlar Qazaxıstanda dövlət və xidmət sektorunda rus dilindən istifadə edən şəxslərlə mübarizə üçün xüsusi reydlər keçirilirdi.
Rəsmi Moskva Qazaxıstanda rus dillilərin hüquqlarının pozulması barədə məsələ qaldırmışdı.
Milli.Az