Rusiyada daha 18 368 nəfər COVID-19-a yoluxdu

1 Sentyabr 2021 18:45

Rusiyada son sutkada daha 18 368 nəfər COVID-19-a yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 937 333 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 790 nəfər artaraq 184 014-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 199 379 nəfər sağalıb.

Milli.Az