“Taliban”: “Yeni hökumətdə Qani administrasiyasının üzvləri olmayacaq”

1 Sentyabr 2021 18:03

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşması ölkədən qaçmış prezident Əşrəf Qaninin administrasiyasında təmsil olunmuş şəxslərin yeni hökumətdə iştirak etməyəcəklərini elan edib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "Taliban" qruplaşmasının nümayəndələri bildirib.

"Yeni hökumətdə Qani administrasiyasının üzvləri olmayacaq", - məlumatda qeyd edilib.

Milli.Az