Gürcüstanda koronavirusa yoluxanların sayı 550 mini ötüb

1 Sentyabr 2021 13:59

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 886 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 553 697, ölənlərin sayı isə 7 482 nəfərə çatıb. Virusa yoluxanlardan 497 517 (89%) nəfərin sağaldığı bildirilir.

Milli.Az